AZ

Kamçatkada sunami Rusiyanın atom sualtı qayıq bazasına ziyan vurub

Zəlzələdən sonra yaranan güclü dalğalar “Borey” sinifli sualtı qayıqların yerləşdiyi bazaya ziyan vurub...

Poliqon xəbər verir ki, Kamçatka sahillərində baş verən 8,8 bal gücündə zəlzələ güclü sunami yaradıb. Nəticədə Rusiya Hərbi Dəniz Qüvvələrinin Tixookean Donanmasına məxsus Rıbaçi qəsəbəsində yerləşən atom sualtı qayıq bazası zərər görüb.

Peyk görüntüləri bazadakı körpülərdən birinin deformasiyaya uğradığını göstərib. Hadisə zamanı ərazidə heç bir sualtı qayıq olmayıb və buna görə də hərbi baxımdan zərərin miqyası məhdud qiymətləndirilir.

Lakin ekspertlər bildirirlər ki, sunami dalğaları digər obyektlərə də zərər verə bilərdi. Onlar eyni zamanda sual edirlər ki, “Borey” sinifli ən müasir sualtı qayıqların yerləşdiyi bu baza bu cür təbii fəlakətlərə qarşı nə dərəcədə dayanıqlıdır.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr