AZ

Gədəbəydə avtomobil dərəyə aşıb, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Seçilən
24
1
apa.az

10Mənbələr