AZ

Nigeriyalı hücumçu gələn həftə "Şamaxı"ya qoşulacaq

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Şamaxı"ya yeni futbolçu qoşulacaq.

Yaxın günlərdə daha bir legioner - sön mövsüm "Qəbələ"nin formasını geyinən Abdullahi Şaybu baş məşqçi Ayxan Abbasovun sərəncamında olacaq.

"Qırmızı-qaralar"dan ayrılan nigeriyalı hücumçunun gələn həftə "şirlər"lə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 22 yaşlı mərkəz hücumçusu Azərbaycanda "Qəbələ" ilə yanaşı, Premyer Liqada "Kəpəz"in də formasını geyinib.

Seçilən
9
2
cbcsport.az

3Mənbələr