“Los Anceles” klubu “Tottenhem”in ulduz futbolçusu Hın Min Sonun transferi üçün London təmsilçisi ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, artıq yalnız rəsmi açıqlamanın verilməsi qalıb.
Transferin növbəti həftə ərzində rəsmiləşməsi gözlənilir. Məlumata görə, koreyalı hücumçu “Tottenhem”dəki komanda yoldaşları ilə vidalaşıb.