Gədəbəydə avtomobil dərədən aşıb, 2 nəfər ölüb 2 nəfər yaralanıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq dərədən aşıb. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.