AZ

Bayraktar ELAN ETDİ: "Böyük sürprizimiz olacaq"

"17–21 sentyabr tarixlərində haradayıq? Hamınızı İstanbula gözləyirik. Ondan əvvəl daha bir sürprizimiz olacaq".

Publika.az xəbər verir ki, bunu Yalovada keçirilən TEKNOFEST PUA çempionatının 2-ci mərhələsində çıxış edən Selçuk Bayraktar belə deyib.

"Bəs 30 avqustda haradayıq? İnşallah TEKNOFEST Mavi Vatan tədbiri çərçivəsində İstanbul Tərsanəsində Mavi Vatanın qəhrəmanları, Barbaros Hayrəddinin nəvələri və yüksək texnologiyaya damğa vuracaq, Mavi Vatan’da azad və müstəqil olmamıza töhfə verəcək layihələrlə gənclərimizin yarışlarına şahidlik edəcəyik.

TCG Anadolu orada olacaq. Kızılelma PUA-mız TCG Anadolu gəmisinin üstündə olacaq. Bununla yanaşı Bayraktar TB3 də orada olacaq. Milli freqatlarımız da təqdim olunacaq. Hətta bir böyük sürprizimiz də olacaq. Eyni zamanda, bütün Yalova xalqını da TEKNOFEST Mavi Vatan tədbirinə gözləyirik", - Bayraktar elan edib.

Seçilən
34
1
publika.az

2Mənbələr