Qadınlar arasında UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. 

Offsideplus.az  xəbər verir ki, Azərbaycan millisinin üzvü olan Milana Rəhimovanın çıxış etdiyi "Lyuboten" klubu Ermənistanı təmsil edən "Pyunik" ilə qarşılaşıb. 

Milana Rəhimova qarşılaşmaya ilk 11-likdə başlayıb. Görüş Şimali Makedoniya təmsilçisinin 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.