AZ

Tərtərdə 4 nəfər kanalda batdı - Biri xilas edildi

Tərtərdə 4 Bərdə sakini kanala düşüb biri xilas edilib, digər birinin isə meyiti tapılıb.

 “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4 nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb daha sonra batıblar.

Kənd sakinləri bir nəfərin sağ xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına göndərib. Onun Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlu olduğu qeyd edilir.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən ərazidədirlər.

Digər bir nəfərin də meyiti kanalın rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsindən çıxarılıb. 

Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.

Ziya Əmirxanlı

Seçilən
8
3
qafqazinfo.az

4Mənbələr