AZ

Gədəbəydə maşın dərəyə aşdı - Ölənlər var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin aşması nəticəsində Azər Tapdıqov və Azadə Məmmədova hadisə yerində həlak olublar.

Vüsal Məmmədov və daha bir qadın sərnişin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, avtomobil dərəyə aşıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev


Seçilən
7
qafqazinfo.az

1Mənbələr