Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, qəza rayonun Şahdağ kəndində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı iki nəfər ölüb. "Kia" markalı avtomobilin aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991 ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində ölüb. Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.