AZ

Pakistandan ÜZÜCÜ XƏBƏR: ölənlərin sayı 299-a çatdı

  Pakistanda 26 iyun tarixindən bəri leysan yağışları və daşqınlar nəticəsində 140-ı uşaq olmaqla 299 nəfər həyatını itirib, 715 nəfər isə yaralanıb.

Referans xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarəolunması Agentliyinin (NDMA) musson yağışları nəticəsində baş verən insan tələfatı ilə bağlı yaydığı açıqlama deyilir.

Bildirilib ki, yağış və daşqınlardan zərər görən bölgələrdə ümumilikdə 1676 ev ziyan görüb. Onlardan 562-nin isə tamamilə dağılıb.

Həmçinin bildirilib ki, ümumilikdə 2889 nəfər təhlükəli ərazilərdən təxliyə olunub, və həmin bölgələrdə insani yardım işləri davam edir.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında baş verən musson yağışları hər il böyükmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.  

Seçilən
56
1
referans.az

10Mənbələr