AZ

Ağdərədə yanğın baş verdi

QARABAĞ, 3 avqust. TELEQRAF

Ağdərədə meşə massivində, dağlıq ərazidə növbəti dəfə yanğın hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə FHN-nin Tərtər və Ağdərə rayonlarının yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Seçilən
22
1
teleqraf.com

3Mənbələr