AZ

FHN-xilasediciləri Lənkəranda boğulmaq təhlükəsi ilə üzləşən gənci xilas edib

Lənkəranda boğulmaq təhlükəsində olan gənc xilas edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindəki çimərlikdə baş verib.

Xəzər dənizinin dərin hissəsinə doğru üzən gəncin batmaq təhlükəsində olduğunu görən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal müdaxilə edərək onu sudan çıxarıb və sahilə çatdırıblar.

Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
6
apa.az

10Mənbələr