Tərtərdə kanalda boğularaq ölən şəxs – Natiq Namiq oğlu Hüseynov şəhid Adil Hüseynovun qardaşı imiş.
Editor.az “Qafqazinfo”ya istinadən bildirir ki, onlar ailədə 2 qardaş olublar. Kiçik qardaş Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Natiq isə bu gün Tərtər kanalında faciəli şəkildə həlak olub.
Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov
Fotoda: Natiq Hüseynov
Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər.
Editor.az məlumat verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.
Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas ediblər.
Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Natiq Namiq oğlu Hüseynovun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.
Tərtər rayonunda 3 nəfər kanalda boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cəmilli kəndi ərazisində Suqovuşandan çəkilən yeni beton kanalda baş verib.
Kanalda çimən 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. Sakinlərin köməyi ilə 1 nəfər xilas edilsə də, bir nəfərin meyiti tapılıb.
Qalan 2 nəfərin isə axtarışları davam edir.
Məlumata görə, boğulan şəxslər Bərdə rayon sakinləridir.