AZ

Vaşinqtondan İrana mesaj: Biz buradayıq, qapımız açıqdır

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqlara başlamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot Vaşinqtonun İrana qarşı yürütdüyü maksimum təzyiq kampaniyasını müdafiə edərəkən bildirib.

“Diplomatiya qapısı açıqdır və Tramp İranla danışıqlara hazırdır. Bəlkə də bu danışıqlar İran, ABŞ və bütün region xalqları üçün daha yaxşı gələcəyə səbəb ola bilər”, – deyə o, “İSNA” agentliyinə açıqlamasında bildirib.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, hazırda İranın neft satışından əldə etdiyi gəlirə çıxışını məhdudlaşdırmaq üçün maksimum təzyiq kampaniyası davam edir. Bu strategiyanın əsas məqsədi Tehranın maliyyə imkanlarını azaltmaqla onu danışıqlara məcbur etməkdir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr