Yük avtomobildən yıxılan şəxs ölüb.
Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Astara rayonunun Motlayataq kəndi ərazisində baş verib. Belə ki, kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini, 31 yaşlı Rusif Zamanov yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.
Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub. Rusif Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.