Ağdərə rayonunda meşə massivində yanğın başlayıb.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Vəngli kəndi ərazisində meşə 1 massivindəki dağlıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər və Ağdərə Rayonları Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.