Yüksək bal toplasalar da vakan yer seçə bilmirlər. İddialara görə həmin yerlər gizlədilir.
Belə bir şikayətlə Şəkidən olan müəllimlər “Xəzər Xəbər”in qaynar xəttinə müraciət ediblər. Validə Səmədova deyir ki, indiyədək bir neçə dəfə müəllimlərin işə qəbulu imtahanında iştirak edib. Hər dəfə də yüksək bal toplayıb. Sonuncu imtahanda da mümkün 100 baldan 91 bal yığıb.
İxtisası təsviri incəsənət olan müəllimə deyir ki, hər imtahanda yüksək bal toplasa da birinci, ikinci turlarda vakant yerlər elan olunmadığından hər dəfə 3-cü tura qalır və 1 illik müqavilə ilə işləməyə məcbur olur. Halbuki, müəllimənin dediyinə görə bir neçə məktəbdə vakant yerlər də var.
Bu məsələdən narazı olan digər müəllimlərlə, üzlərinin görünməsini istəmədikləri üçün telefonla əlaqə saxladıq. Həmin məüllimlər də vakant yerlərin olmamasından şikayətləndilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.