Çimmək olmaz, amma xidmət var.
Paytaxtın bir çox kənd və qəsəbələrində qeyri-çimərlik ərazilər var, hansı ki, orda çimmək qadağandır, təhlükəlidir. Bu səbəblə əraziyə nəzarət də yoxdur. Lakin, sözügedən ərazilərin bəzilərində kafe, restoran kimi obyeklər fəaliyyət göstərir ki, bu da insanları həmin ərazilərə cəlb edir.
Məsələ ilə bağlı FHN-ə də müraciət etdik. Nazirliyin rəsmisi bildirdi ki, əgər bir ərazidə xilasedicilər, quurmun məntəqəsi, məlumat lövhələri və suda məhdudulaşıdırcı nişanlar və məlumat lövhələri yoxdursa deməli ora nəzarətsiz çimərlikdir.
Lakin müəssisələrin əməkdaşları deyirlər ki, icazəni rayon icra hakimiyyətindən alıblar. Müdürləri danışmasa da, əməkdaşları qiymətlər və xidmətlərlə bağlı qısa da olsa məlumat verdilər.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, həmin müəsəsisələrin fəaliyyətlərinə icazə və nəzarəti rayon üzrə icra orqanları həyata keçirir. Elə çəkiliş apardığımız ərazi üzrə Xəzər rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin heçbir cavab ala bilmədik.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.