“Sea Breeze” ərazisində fəaliyyət göstərəcək kazinoya 21 yaşdan aşağı şəxslər buraxılmayacaq.
Bu barədə "Sea Breeze"in təsisçisi Emin Ağalarov şəxsi "Instagram" hesabında paylaşım edib.
O bildirib ki, bu addım həm sosial məsuliyyət, həm də beynəlxalq standartlara uyğunluq baxımından vacibdir. Paylaşımda qeyd olunur ki, hazırda Gürcüstandakı kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır və bu səbəbdən də bu sahəni ölkəyə qaytarmaq niyyəti var.
Ağalarovun fikrincə, bu gün kazinosuz turizm inkişaf etdirmək dünyada qəbul olunmuş təcrübədən geri qalmaq deməkdir.
O, xarici turistlərin Azərbaycana cəlb olunması, beynəlxalq poker turnirlərinin təşkili və kazinonun bu prosesdə lokomotiv rolunu oynaya biləcəyini vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.