AZ

Cəlilabadda maşın yanıb kül oldu

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cəlilabad rayonunda minik avtomobili yanıb. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ağayev Zaur Gülağa oğluna məxsus "VAZ 2106" markalı avtomobili qəfildən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
unikal.az

1Mənbələr