Abşeron rayonunun Xırdalan şəhərində yerləşən restorandan yayılan bu səs sakinlərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirir ki, "Uğur Ocağı" adlı restoranın fəaliyyəti onların gecə istirahətinə mane olur. Ərazidə yaşayan bir neçə ailələr iddia edir ki, xüsusilə gecə saat 23:00-dan sonra musiqi səsi artır. Bu da uşaqlı ailələrin, yaşlı insanların və səhər tezdən işə gedən sakinlərin ciddi narahatlığına səbəb olur.
Şikayətçilər qeyd edirlər ki, musiqinin səsindən evdə sakit oturmaq mümkün deyil, pəncərələri bağlamaq belə vəziyyəti dəyişmir.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər. Lakin nəticəsi olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.