AZ

Qafqaz Universitetləri Birliyinin rəhbəri: Azərbaycanın şaxələnən enerji siyasəti Türk dünyası üçün həyati əhəmiyyət daşıyır

Azərbaycan hər gün inkişaf edir, böyüyür və bölgədə təsirli bir aktora çevrilmək yolunda sürətlə irəliləyir. Azərbaycan rəhbərliyinin yeniliyə və dialoqa açıq olması onun strateji bir dövlət kimi ön plana çıxmasını təmin edir. Asiya, Avropa və Yaxın Şərq ticarətində fəal rol oynayan Azərbaycan Suriyadakı münaqişənin sona çatması ilə üzərinə yeni missiyalar götürə biləcək güclü mövqe qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Universitetləri Birliyinin rəhbəri, professor Ramazan Korkmaz deyib.

O, bildirib ki, beynəlxalq siyasətdə nümayiş etdirdiyi ağıllı, balanslı və sabit mövqeyi Azərbaycanı enerji sektorunda strateji aktora çevirib: “Qaz ticarətində əsas tərəfdaşlar olan Avropa ölkələrinə əlavə olaraq, Misir, Suriya və İordaniya kimi dövlətləri də bu prosesə cəlb etmək istəyən Azərbaycanın nüfuz dairəsini genişləndirmək arzusu onun bölgə gücünə çevrilməsi baxımından Türk Dünyası üçün də həyati əhəmiyyət daşıyır”.

Seçilən
1
azerbaijan-news.az

1Mənbələr