100-lərlə hektar ərazi su probleminə görə becərilmir.
Xezerxeber.az xəbər verir ki, 1950-ci ildə yaradılan Qarabağ Elmi Tədqiqat Bazasının əsas əkin sahələrinin bir qismi uzun illər işğal altında olub.
Digər hissəsi isə neytral ərazidə olduğu üçün becərilməyib.
Torpaqlarımız işğaldan azad edildikdən sonra, isə sahələrin 200 hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənsə də, hazırda əkin üçün yalnız 20 hektarından istifadə edilir.
Əkin sahəsi üçün cəmi 1 ədəd subartezian quyusu qazılıb. Bu isə sahələrinin suya olan tələbatının az bir hissəsini ödəyir.
Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətindən bildirildi ki, Qarabağ elmi tədqiqat bazasında yeni artezian quyusu qazılması üçün onlarda rəsmi göstəriş yoxdur. Həmçinin 2020 - ci ildən etibarət hələ ki, rayon ərazisində artezian quyularının inşası dövlət proqramına salınmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.