Sumqayıtda yaşayış kompleksində yanğın baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumi sahəsi 350 kv.metr olan ərazi və ona bitişik obyektlərin 120 kv.metri yanıb. Qalan sahə mühafizə olunub. Bundan əlavə yaxınlıqda olan iki ədəd minik avtomobili istiliyin təsirinə məruz qalaraq yararsız hala düşüb. Alovlar yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
Qeyd edək ki, hadisə yaşayış kompleksinə məxsus qaz təsərrüfatı anbarında baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.