AZ

Kanalda boğularaq vəfat edən Natiq şəhid qardaşı imiş -

Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.

Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov

Seçilən
43
15
metbuat.az

10Mənbələr