BAKI, 3 avqust. TELEQRAF
Rumıniyanın Kucir şəhərində atıcı silahlar istehsal edən zavodda genişmiqyaslı yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Radio Rumıniya Actualitati” məlumat yayıb.
Məlumata görə, zavoda azı 400 min avro ziyan dəyib.
Yanğının qəsdən törədilməsi ehtimalı istisna olunmur.
Rumıniyanın iqtisadiyyat naziri Radu Mirutse hadisəni şərh edib: “Mən dəqiq nə baş verdiyini öyrənmək istəyirəm. Bütün mümkün variantlar nəzərdən keçirilir. Ekspertlərin nəticələrini gözləyirik”.