Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.