AZ

Yorrel Hato “Çelsi”də - Rəsmi

Niderland nəhəngi “Ayaks”ın 19 yaşlı sol cinah müdafiəçisi Yorrel Hato bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Çelsi”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 7 illik – müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid London klubuna 44,18 milyon avro məbləğ müqabilində başa gəlib.

Yorrel Hato “Ayaks”ın məzunudur. Müdafiəçi, böyük futbol karyerası ərzində yalnız Niderland nəhəngi üçün çıxış edib.

Geridə qalmış mövsüçdə Hato “Aykas” üçün 50 oyuna 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Hatonun “Ayaks” üçün çıxışının ümumi mənzərəsi isə 111 oyun, 4 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Hato 2023-cü ilin noyabr ayında debüt etdiyi Niderland yığması üçün 6 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Hato futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı niderlandlı sol cinah müdafiəçisinin transfer dəyərini 35 milyon avro məbləğ müqabilində qiymətləndirir.

Seçilən
35
arena.az

1Mənbələr