AZ

Kərəm Aktürkoğlu “Fənərbağça”ya keçir

BAKI, 3 avqust. TELEQRAF

Türkiyə yığmasının və “Benfika”nın futbolçusu Kərəm Aktürkoğlu karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Teleqraf “Haber Global”a istinadən xəbər verir ki, “Fənərbaxça” yarımmüdafiəçinin keçidi ilə bağlı “Benfika” ilə ilkin razılıq əldə edib.

Məlumata görə, İstanbul klubunun İdarə Heyətinin üzvü Hakan Safi transferi tamamlamaq üçün Portuqaliyaya yollanmaq üzrədir.

Qeyd edək ki, 26 yaşlı futbolçu sabiq “Qalatasaray”lıdır. O, 2020-2024-cü illərdə “Fənər”in əzəli rəqibinin heyətində çıxış edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr