AZ

Belarus küçələrində BTR lər peyda oldu: Ukrayna ordu yeridiləcək?

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Belarusun Qomel şəhərində bəzilərində PUA-lara qarşı avadanlıqlarla təchiz edilmiş və qırmızı rəngdə naməlum taktiki işarələr olan zirehli transportyorlar görünüb.

Axar.az xəbər verir ki, bu barədə Belarusun “BelVarta” kanalı məlumat yayıb.

"Şəhər küçələrində qırmızı işarələri olan BTR-lər! Qomeldən son dərəcə həyəcanlı məlumat daxil olub. Dünən, avqustun 2-də şəhərin küçələrində BTR-lər görünüb ki, onların bəziləri dron əleyhinə qövslərlə təchiz edilmişdi", - deyə bildirilib.

Ekspertlərin sözlərinə görə, bu işarələr Rusiya hərbi qulluqçularının Belarusda yeni, naməlum məqsədlərlə mövcud ola biləcəyini göstərir.

Qeyd edək ki, Qomel şəhəri Ukrayna ilə sərhəddə yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
axar.az

10Mənbələr