AZ

Lamborghini narkotacirlərə avtomobil satan dilerini məhkəməyə verdi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Lamborghini" Çikaqodakı dilerinə qarşı məhkəmə iddiası qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.

Məlumata görə, diler idman avtomobillərini bəzi şübhəli reputasiyaya malik olan alıcılara satıb. Onların arasında əvvəllər narkotik və insan alveri, eləcə də lüks avtomobillərin satışı ilə bağlı dələduzluqda təqsirli bilinən şəxslər də var.

Bununla yanaşı, diler avtomobilləri Minnesotada klinika rəhbəri və Çikaqodan olan keçmiş peşəkar idmançının adına rəsmiləşdirib. Əslində isə avtomobillər onları yenidən satmağı planlaşdıran alverçilərə verilib.

"Lamborghini"yə görə, bədnam diler təkcə 2023-cü ildə brokerlərə 32 avtomobil satıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
oxu.az

2Mənbələr