AZ

Dadaşov Yunanıstan klubuna qol vurdu – komandası qələbə qazandı

BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşovun heyətində yer aldığı “Motor Lublin” yoxlama görüşündə Yunanıstanın “Asteras” klubuna 4:2 hesabı ilə qalib gəlib.

Teleqraf xəbər verir ki, millinin forvardı 46-cı dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Motor Lublin” Polşa çempionatının ilk iki turundan sonra 3 xal toplayıb. R.Dadaşov yeni klubunda rəsmi oyunlarda qol hesabını aça bilməyib.

Seçilən
22
teleqraf.com

1Mənbələr