Yüzlərlə meşə yanğını nəticəsində yaranan qatı tüstü Kanadanın və ABŞ-ın şimal ştatlarının geniş ərazilərinə yayılaraq bu bölgələrdə havanın keyfiyyətinin qeyri-sağlam səviyyələrə çatmasına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşr qeyd edib ki, bütün Kanada və ABŞ-ın 10 ştatında xəbərdarlıq edilib.
Meteoroloqların fikrincə, hazırkı hava meylləri davam edərsə, yaxın gələcəkdə vəziyyətin yaxşılaşması gözlənilmir.
Kanada Qurumlararası Vəhşi Yanğın Mərkəzinin məlumatına görə, ölkədə 730-dan çox meşə yanğını var, onlardan ən azı 210-u nəzarətdən çıxıb.
Son aylarda meşə yanğınlarının tüstüsü dəfələrlə ABŞ ərazisinə çatıb və 66 min kvadrat kilometr ərazini də məhv edib.