AZ

ABŞ-da qəribə qətl - yaşlı qonşusunu yadelli sanıb güllələdi

BAKI, 4 avqust. TELEQRAF

ABŞ-nin Minnesota ştatında bir kişi 70 yaşlı qonşusunu öldürüb.

Teleqraf xəbər verir ki, hadisə baradə CBS News məlumat yayıb.

Kişi qonşu qadının yadplanetli olduğuna inanıb və onun arxasınca bir kosmik gəminin uçduğundan qorxaraq qurbana yeddi dəfə atəş açıb.

Qeyd olunur ki, polis hadisə yerinə gələn zaman qadın huşunu itirib. Təqaüdçü bildirib ki, qonşusu gecə gec saatlarda onu oyadıb və yadplanetlilər haqqında danışmağa başlayıb və tezliklə onların arxasınca kosmik gəminin gələcəyini söyləyib.

Silah səslərini eşidən bir şahid təcili yardım çağırıb. Lakin həkimlər zərərçəkənə kömək edə bilməyiblər və qadın xəstəxanada keçinib.

Seçilən
25
teleqraf.com

1Mənbələr