AZ

Xorvatiyada "Zirə"yə qol vurdu, forması dəyişik düşdü - FOTO

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab oyununda Xorvatiya "Hayduk"unun futbolçularının formaları dəyişik düşüb.

Sportinfo.az xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda təşkil olan oyunun ikinci hissəsində meydan sahiblərinin futbolçuları Filip Krovinoviçlə Fran Karaçiç formalarını səhv salıblar.

Bir neçə dəqiqədən sonra "Hayduk"un digər üzvləri bunu görərək Karaçiç və Krovinoviçə bildiriblər.

Krovinoviç 23 nömrəli, Karaçiç isə 29 nömrəli formanı geyinir ki, bu da çaşqınlığa səbəb olub.

Qarşılaşma "Hayduk"un əlavə edilmiş vaxtda 2:1 hesablı qələbəsi ilə başa çatıb. Birinci qolu məhz Krovinoviç vurub. İlk oyunda Bakıda 1:1 hesablı heç-heçə edən "Zirə" avrokuboklarla vidalaşıb.

Seçilən
20
sportinfo.az

1Mənbələr