ain.az bildirir, Oxu.az portalına istinadən.
"Sonni Liston tarixin ən qorxulu döyüşçüsüdür".
Oxu.Az sport24.ru-ya istinadla xəbər verir ki, bunu əfsanəvi amerikalı boksçu Mayk Tayson NBA-nin keçmiş oyunçusu Şakil O"Nil ilə söhbət zamanı deyib.
"Liston indiyə qədər yaşamış ən qorxulu döyüşçüdür. Liston hansısa şəhərə gedəndə polis ona "qulaq as, bura gələ bilməzsən" deyərdi.
Dörd polis onu dəyənəklə döyərkən onların çənələrini sındırar, silahlarını əllərindən alardı. Liston kimi döyüşçü yoxdur, o divdir", - deyə Tayson vurğulayıb.
Qeyd edək ki, Liston ağır çəki dərəcəsində keçmiş dünya çempionudur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.