Bakı. Trend:
Prezident Donald Trampın göstərişi ilə yeri dəyişdirilən ABŞ-aməxsus iki nüvə sualtı qayığı artıq nəzərdə tutulmuş əraziyəyerləşdirilib.
Trend xəbər verir ki, Trampbu barədə Nyu-Cersidəki Bedminster şəhərindən Vaşinqtona yoladüşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
“Onlar artıq bölgədədir, lazımi mövqedə yerləşiblər”, – deyəTramp bildirib.
Qeyd edək ki, daha əvvəl “Newsmax” telekanalına verdiyimüsahibədə Tramp həmin sualtı qayıqların Rusiyaya daha yaxın birəraziyə yerləşdiriləcəyini bildirmiş, lakin onların dəqiqkoordinatlarını açıqlamaqdan imtina etmişdi.