AZ

Demokratlar Kamala Harris-in 2028-ci il seçkilərində şanslarına şübhə ilə yanaşır

ABŞ-da bəzi Demokrat Partiyası strateqləri və keçmiş üzvlər Kamala Harris-in 2028-ci il prezident seçkilərində real namizəd olmadığını düşünür.  Bu barədə Politico xəbər verir.

Nəşrə görə, keçmiş vitse-prezidentin tərəfdarları belə onun qələbə şanslarını şübhə altına alırlar.

Harris-in keçmiş yüksək vəzifəli köməkçisi bildirib ki, partiyanın daha perspektivli alternativləri var və o, seçkilərə qatılmamalıdır.

Materialda həmçinin qeyd olunur ki, Kamala Harris-in sabiq prezident Co Baydenin sağlamlıq vəziyyəti barədə məlumatlı olub-olmadığı hələ də aydın deyil.

30 iyulda Harris 2026-cı il Kaliforniya qubernatoru seçkilərində iştirak etməyəcəyini açıqlayıb, bu da onun prezidentliyə namizəd olmaq planlarından xəbər verə bilər.

N.Təbrizli
 

Seçilən
9
anews.az

1Mənbələr