Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində dəstə üzvləri tərəfindən həyata keçirilən silahlı hücumlarda 5 nəfər ölüb, 50 nəfər qaçırılıb.
APA xəbər verir ki, dəstə üzvləri Nigeriyanın Zamfara əyalətinin 16 ayrı bölgəsində silahlı hücumlar həyata keçirib.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və “ISWAP” terror təşkilatlarının hücumları ilə üzləşib.
Ölkədə adam oğurluğuna görə cəza ölüm hökmü olsa da, fidyə müqabilində adam oğurluğu halları adi haldır.