BAKI, 4 avqust. TELEQRAF
Polşa Cənubi Koreyadan “180 K2” tankları almaq üçün müqavilə imzalayıb.
Teleqraf “Euronews”a istinadən xəbər verir ki, müqavilənin məbləği 6 milyarddan çoxdur.
Məlumata görə, Polşa hazırda ÜDM-in 4,7 faizini müdafiə xərclərinə ayırır. Bu da bütün NATO ölkələri arasında ən yüksək göstəricidir.
Bildirilir ki, Cənubi Koreya ilə müqavilə başa çatdıqdan Polşanın ümumi tank sayı 1100-ə çatacaq. 2030-cu ilə qədər Polşanın Avropada ən çox tanka sahib olan ölkəyə çevriləcəyi gözlənilir.
Hazırda Almaniya, İtaliya, İngiltərə və Fransanın birlikdə cəmi 950 tankı var.
Yalnız iki NATO ölkəsi - Türkiyə və Yunanıstan Polşadan daha çox tanka sahibdir. Hazırda Türkiyənin 2238, Yunanıstanın isə 1344 tankı var.
Qeyd edək ki, Polşa Cənubi Koreyadan 2022-ci ildə tank almağa başlayıb.