AZ

Tramp: ABŞ-Nİn iki nüvə sualtı qayığı təyin olunmuş əraziyə çatıb...

Amerika lideri qayıqların Rusiya sərhədinə daha yaxın mövqe tutduğunu deyib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə yerdəyişmə edən iki ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb. Bu barədə Tramp jurnalistlərə Nyu-Cersidən Vaşinqtona uçuşdan əvvəl məlumat verib.

“Onlar lazım olan yerdədirlər”, – deyə Tramp bildirib.

Bir gün əvvəl Tramp iki atom sualtı qayığının "müvafiq ərazilərə" köçürüldüyünü açıqlamışdı. Onun sözlərinə görə, hazırda bu sualtı qayıqlar Rusiya ərazisinə daha yaxın mövqedə yerləşdirilib.

Tramp bu qərarı Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin paylaşımından sonra qəbul etdiyini bildirib. Həmin paylaşımda Medvedev ABŞ prezidentinə SSRİ dövründə yaradılmış və hazırda Rusiya tərəfindən istifadə olunan “Perimetr” adlı avtomatlaşdırılmış nüvə cavab sistemi barədə xatırlatma etmişdi. Bu sistem fövqəladə vəziyyətdə, rabitə xətləri sıradan çıxdıqda belə, kütləvi nüvə zərbəsinin təmin edilməsinə yönəlib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr