AZ

Türkiyədə "əfsanəvi başqan"ın oğlunu öldürüblər

Türkiyədə “Əfsanəvi Bələdiyyə sədri” kimi tanınan  İzmirin Foça rayonunun keçmiş bələdiyyə sədri Əhməd Nihat Dirimin oğlu Kerem Dirim öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qamışlıqda ölü tapılan, qarın, bilək və boğaz nahiyəsində xəsarətələr olan 38 yaşlı Dirimin meyiti ekspertizaya göndərilib.

Məlumata görə, 1989-1999-cu illər arasında Foça bələdiyyə başqanı olan və əfsanəvi bələdiyyə sədri kimi tanınan Ahmet Nihat Dirimin evli, iki uşaq atası olan oğlu Kerem Dirim dünən səhər saatlarında evdən çıxıb: "Dirimdən xəbər ala bilməyən yaxınları Foça Polis Şöbəsinə müraciət edib. Axtarışlar nəticəsində saat 22:00 radələrində Dirimin avtomobili rayon mərkəzindən təxminən 10 kilometr aralıda, Eski Gediz ərazisindəki qamışlıqda tapılıb. Daha sonra bu ərazidə axtarışlar genişlənib. Dirimin cəsədi avtomobilin tapıldığı yerdən təxminən 500 metr aralıda qamışlıqda tapılıb.

Faktla bağlı araşdırma davam edir".

Firudin Səfərli

MİA.AZ

Seçilən
15
1
mia.az

2Mənbələr