AZ

Həkimdən XƏBƏRDARLIQ: "Onlar ölüm riski altındadırlar"

"İnsultla alkoqol arasında birbaşa əlaqə var, xüsusilə də insan ürək-damar xəstəliyi fonunda içməyə davam edirsə".

Publika.az xəbər verir ki, bunu Lenta.ru-ya Rusiya Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov deyir.

Umnov bildirib ki, istənilən alkoqollu içkilər insult riskini artıra bilər, belə ki, onların istehlakı aşağıdakı xəstəliklərə və şərtlərə səbəb olur: hipertoniya, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, xolesterinin əmələ gəlməsinə və qan damarlarının divarlarında çökməsinə kömək edir. O, insultun ən çox görülən səbəbinin beyindəki arteriyanın trombun tıxanması olduğuna diqqət çəkib.

"Spirtli içki qəbul edən və artıq insult keçirən, lakin spirtli içkidən əl çəkməyənlər ölüm riski altındadılar", - həkim xəbərdarlıq edib.

Həkim onu da xatırladıb ki, tez-tez şirin soda qəbulu mədə ilə yanaşı ürək-damar sistemi üçün də təhlükəlidir. O, izah edib ki, zavod istehsalı olan bir çox içkilər çoxlu miqdarda şəkər və konservantlar əlavə edilmiş konsentratlardan hazırlanır.

Seçilən
23
publika.az

1Mənbələr