AZ

Kerem Aktürkoğlunun Fənərbağça ya keçidi bu gün rəsmiləşə bilər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Fənərbağça" Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlunun transferi üçün razılıq əldə edib.

Oxu.Az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu klub prezidenti Ali Koça təqdim etdiyi hesabatda Kerem Aktürkoğlunun alınmasının vacib olduğunu vurğulayıb.

Ali Koçun birbaşa təlimatı ilə "Fənərbağça"nın idarə heyətində yer alan Hakan Safi bu gecə xüsusi təyyarə ilə Portuqaliyaya gedir. Məqsəd Kerem Aktürkoğlunun transferini rəsmiləşdirmək və son sənədləşmə işlərini yekunlaşdırmaqdır.

Kerem Aktürkoğlunun "sarı-lacivərd" forma ilə geridönüşü ehtimalı türk futbol ictimaiyyətində böyük rezonans doğurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
oxu.az

4Mənbələr