AZ

Zamiq Yunisov: “Bu təyinat mənim üçün vətənə xidmətin zirvəsidir” – MÜSAHİBƏ

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən media və mədəniyyət xadimi Zamiq Yunisovu qurumun Azərbaycandakı Protokol Rəhbəri vəzifəsinə təyin edib.

Tribunainfo.az Zamiq Yunisovla müsahibəni təqdim edir:

— Zamiq bəy, sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Bu təyinat sizin üçün nə məna daşıyır?

— Bu təyinat mənim üçün məsuliyyətin zirvəsi və vətənə xidmətin daha geniş bir Platformasıdır.
Məni Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) Azərbaycandakı Protokol Rəhbəri vəzifəsinə təyin etdiklərinə görə rəhbərliyə dərin təşəkkürümü bildirirəm. Bu təyinat mənim üçün sadəcə yeni bir vəzifə deyil — bu, Azərbaycanın milli maraqlarına xidmət edən beynəlxalq platformalarda məsuliyyətin zirvəsi, diaspora ve lobbicilik strategiyasının inkişafında iştirak etmək üçün verilmiş mühüm bir şansdır. Bu təyinatı vətən qarşısında yeni bir öhdəlik, xalqım və dövlətim üçün daha geniş miqyaslı xidmət imkanı kimi qiymətləndirirəm. Uzun illər media, mədəniyyət və beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığım təcrübəni artıq EAPCA çərçivəsində Azərbaycanın Avropa və Atlantik coğrafiyasında daha doğru və təsirli təmsilinə sərf etməyi qarşımda məqsəd qoyuram.

— Protokol Rəhbəri olaraq EAPCA-nın Azərbaycandakı fəaliyyətində hansı yenilikləri planlaşdırırsınız?

— İlk növbədə, EAPCA-nin Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərinin protokol strukturunu daha müasir və çevik formada təşkil etməyi, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən Beynelxalg teskilatlarla əməkdaşlığını gücləndirməyi planlaşdırıram. Eyni zamanda, gənc lobbistler və diaspor aktivleri üçün xüsusi təlim proqramlarının təşkili də gündəmdədir.

— Yeni vəzifəniz çərçivəsində qarşıya qoyduğunuz ilk konkret hədəflər hansılardır?

— Azərbaycanla bağlı beynəlxalq tədbirlərin Bakıda keçirilməsinin təşkili Beynəlxalq qonaqlar üçün vahid protokol paketinin hazırlanmasi. EAPCA-nın regiondakı fəaliyyətinin genişləndirilməsi və strukturlaşdırılması…

— EAPCA-nın beynəlxalq tədbirlərində Azərbaycanın necə təmsil olunmasını planlaşdırırsınız?

— Beynəlxalq tədbirlerdə Azərbaycanın mədəniyyəti, tarixi və siyasi həqiqətləri təqdim ediləcək,
Xarici ölkələrdə yaşayan azərbaycanlı nümayəndələrlə birgə Azərbaycan guşələri, foto sərgilər, təqdimatlar təşkil ediləcək,
Tədbirlər zamanı rəsmi dövlət simvollarına, ədəbi-mədəni irsə və Qarabağ həqiqətlərinə xüsusi yer veriləcək.

— Avropa və Atlantik məkanında yaşayan azərbaycanlılarla daha effektiv əlaqələrin qurulması üçün hansı təşəbbüslərlə çıxış etməyi düşünürsünüz?

— Virtual protokol şəbəkəsi yaradılacaq – xaricdəki diaspor təşkilatlarının protokol əlaqələrini koordinasiya edəcək vahid sistem.
Müntəzəm onlayn görüşlər və koordinasiya iclasları keçiriləcək.
Xüsusi diaspora forumları ilə Avro-Atlantika cografiyasinda fealiyyet gosteren azərbaycanlıları bir araya gətirəcəyik.
Xaricdə yaşayan azərbaycanlı gənclərin EAPCA vasitəsilə beynəlxalq platformalara çıxışını təmin edəcəyik.

— Diaspor təşkilatlarının fəaliyyətində protokol səviyyəsində hansı boşluqları və ya ehtiyacları görürsünüz?

— Peşəkar protokol biliklərinin olmaması Beynəlxalq tədbirlərdə rəsmi təmsil formatlarının doğru qurulmaması
Təşkilati strukturun zəif əlaqələndirilməsi
Bu boşluqları aradan qaldırmaq üçün praktik təlimlər, protokol kitabçaları və regional protokol koordinatorlarının təyinatı nəzərdə tutulur.

— Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında EAPCA-nın rolu nədən ibarət olacaq?

— EAPCA, Beynelxalg transmilli lobbi təşkilatı kimi fəaliyyət göstərərək: Qarabağ həqiqətlərini, soyqırımı faktlarını, sülh təşəbbüslərimizi dünya auditoriyasına çatdırmaq üçün strateji kommunikasiya tədbirləri həyata keçirəcək.

Söhbətləşdi: Dəniz Pənahova

Seçilən
16
tribunainfo.az

1Mənbələr