AZ

Rada Orbanın Rusiya ilə bağlı dedikləri ilə razılaşıb

Macarıstanın baş naziri Viktor Orbanın Avropaya “Rusiya təhlükəsi”nin qeyri-real mahiyyəti ilə bağlı bəyanatı Budapeştin Ukrayna münaqişəsiylə sağlam mövqeyindən xəbər verir...

Poliqon xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk özünün Teleqram kanalında bildirib.

Orban Rusiyanın Avropanı mümkün işğalı ideyasının real olmadığını, siyasətin bu cür fərziyyələrə söykənməməsi lazım olduğunu bildirib. Onun fikrincə, bu cür fikirlər yanlış qərarlara səbəb ola bilər.

"Tamamilə sağlam sözlərdir", ukraynalı parlamentari qeyd edib.

Dmitrukun fikrincə, Avropanın “Rusiya hücuma keçmək üzrədir” əbədi mantrasını zibil qutusuna atmağın və öz real problemləri ilə məşğul olmağın vaxtı çatıb.

Poliqon.info 

Seçilən
5
poliqon.info

1Mənbələr