ain.az, Sitat.info portalına istinadən məlumat yayır.
Azərbaycan qazının Suriyaya ixracı barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Kürşad Zorlu “X” hesabında yazıb ki, Türk dövlətləri arasında enerji diplomatiyasının bir nümunəsi daha həyata keçir.
“Azərbaycan qazı artıq Türkiyə üzərindən Hələbə gedir. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə aid BOTAŞ şirkəti tərəfindən Kahramanmaraşın Türkoğlu rayonundan başlayıb Suriyaya uzanan 36 düymlük, 93 kilometrlik boru kəməri tamamlanıb. Türkiyə Azərbaycandan təbii qazı birbaşa Kilis vasitəsilə qonşu Suriyaya nəql edəcək”.
O bildirib ki, Suriyada həyatın normallaşması, elektrik enerjisinin istehsalının yenidən başlanması və sabitliyin dəstəklənməsi təhlükəsiz və könüllü qayıdış prosesini sürətləndirir: “Bu strateji xətt türk dünyasının regional nizam qurmaq potensialını inkişaf etdirir, inkişaf və sabitliyə töhfə verir. Prezidentimizin liderliyində ortaya qoyulan bu baxış ikitərəfli və çoxtərəfli əməkdaşlıqla etimad, hüzur və rifah iqliminə zəmin hazırlayıq. “Dildə, fikirdə, əməldə birlik” şüarı ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirəcəyik”.
Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Azərbaycandan Suriyaya qaz nəqli sadəcə iqtisadi məsələ deyil. Bu, həm də siyasi mesajdır.
Öncə onu deyək ki, Türkiyə hakimiyyət dəyişikliyindən sonra Suriyanın ərazi bütövlüyünün qorunmasında, bu ölkədə rifahın yaxşılaşmasına xüsusi diqqətlə yanaşır. Azərbaycanın Suriyaya qaz nəqlinə başlaması həm də strateji müttəfiq kimi Türkiyənin maraqlarını nəzərə almasını göstərir. Başqa sözlə desək, bu, iki qardaş ölkənin xarici siyasət kurslarını əvvəl olduğu kimi yenə də uyğunlaşdırdıqlarının göstəricisidir.
İkinci bir tərəfdən, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəqli strateji əhəmiyyət daşıyır.
Bu, Azərbaycanın bölgədə yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyə töhfə verən, əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən güclü aktor kimi qəbul olunmasına şərait yaradır. Azərbaycanın iqtisadi və siyasi tərəfdaş olaraq rolu təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə getdikcə artır
Ümumiyyətlə, Azərbaycan enerji təhcizatçısı kimi coğrafiyasının genişlənməsi ona əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradır. Azərbaycan üçün yeni mərhələ başlayır. İnidiyə qədər Azərbaycan Avropanın bəzi ölkələrinin qaz ixrac edirdi, ancaq artıq Yaxın Şərqə, xüsusilə Suriya kimi enerji böhranı yaşayan ölkəyə də qaz ixrac edəcək. Bu da ölkəmizin bölgədə daha etibarlı, çevik enerji tərəfdaşı kimi tanınmasına şərait yaradır. Sözsüz ki, bu hadisə həm də Azərbaycanın Yaxın Şərqdə siyasi nüfuzunun genişlənməsinə əhəmiyyətli təsir göstərir.
Bu, həm iqtisadi, həm də regional sabitliyə töhfə verəcək bir layihədir. Həmçinin sosial-humanitar layihə də hesab etmək olar. Çünki Suriya vətəndaş müharibəsindən sonra enerji böhranı yaşayır. Bu layihə Suriyanın sosial-iqtisadi sabitliyinin bərpasına xidmət edəcək. Bu, Türkiyə-Azərbaycan-Suriya üçtərəfli iqtisadi əlaqələrinin daha da inkişafına zəmin yaradır. Azərbaycan və Türkiyənin bölgədə nüfuzu artır. Ölkəmizdə yaşıl enerji üzrə də əhəmiyyətli işlər görülür. Gələcəkdə bu ölkələrlə yaşıl enerji ixracatçısı kimi də əməkdaşlıq edəcəyik.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün...
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.