AZ

Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşir

BAKI, 4 avqust. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Teleqraf xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi bəlli olacaq.

"Köhlən atlar"ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə cütünün qalibi “Budo/Qlimt” (Norveç) və ya “Seltik” (Şotlandiya) komandaları ilə, yaxud “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqustda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın "Şkendiya" ilə ilk görüşü avqustun 5-də səfərdə, 12-də isə Bakıda oynanılacaq.

Seçilən
36
13
teleqraf.com

10Mənbələr