AZ

Günü enerjili başlamağın yolu

Səhərlər edilən gərilmə hərəkətləri həm əzələlərin yumşalmasına və əsnəkliyin artmasına, həm də günə enerjili başlamanıza şərait yaradır.


Pravda.az bildirir ki, bu hərəkətlər bədəninizi gün ərzində qarşılaşacağınız fiziki fəaliyyətlərə hazırlayır.


Səhər gərilməsinin faydaları:


Gündəlik tətbiq edilən gərilmə əzələ və oynaqların hərəkətliliyini artırır, bədəni daha rahat hərəkət etdirməyə kömək edir.


Qana daha çox oksigen və qida daşınmasını təmin edərək enerji səviyyəsini yüksəldir.


Gərginliyi azaldaraq zehni sakitləşdirir, stressin qarşısını alır.


Tövsiyə olunan səhər dartınma hərəkətləri:


Uşaq duruşu: Dizlərin üstündə əlləri irəli uzadaraq alın yerə toxundurulur – bel və boyun rahatlayır.


Kobra duruşu: Üzüüstə uzanaraq üst bədən qaldırılır – onurğa əsnəkliyini artırır.


Diz-sinə dartınması: Arxası üstə uzanaraq dizləri sinəyə doğru çəkmək – bel gərginliyini azaldır.


Onurğa burulması: Bir diz yana salınır, baş əks tərəfə çevrilir – bel və onurğa üçün faydalıdır.


Pişik-inək hərəkəti: Dördayaqlı vəziyyətdə belin yuxarı və aşağı hərəkəti – onurğa çevikliyini artırır.


Boyun gərilməsi: Baş bir tərəfə əyilir, qulaq çiyinə yaxınlaşdırılır – boyun əzələlərini rahatladır.


Gərilmə hərəkətləri daha effektiv olsun deyirsinizsə:


Dərin nəfəs almağı unutmayın.

Ağrı hiss etdikdə hərəkəti dayandırın.

Gərilməni hər səhər vərdiş halına gətirin.

Gününüzə sağlam və enerjili başlamaq üçün sadəcə bir neçə dəqiqəlik dartınma kifayətdir!


Əminə Bayramova 

Tarix: 4 Avqust 2025, 09:43   
Seçilən
14
pravda.az

1Mənbələr